Mingəçevirdə məhəllələrin abadlaşması işləri davam edir-FOTOLAR

0 200
Mingəçevir Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğyn olaraq məhəllələrdə sakinlərin istirahəti üçün genişmiqyaslı işər görülür.
Kanal32.az-ın məlumatına görə,avqustun 10- da icra hakinəmyyətinin başçısı İlham İsmayıliv quruculuq uşləri başa çatmış məhəllələrdə, eyni zamanda əsaslı tikinti işləri davam edən binaların sakinləri ilə görüşüb.
Şəhərin Ərəş- Nərimanov və Puşkin -Nərimanov küçələrinin qarşısında görülən işlərə baxış keçirilib və görülən işlər yüksək qiymətləndirilib. Diqqətə çatdırılıb ki,hər iki məhəllədəki yaşayış binalarınln dam örtükləri əsaslı təmir edilib. Ümumi istifadə sahəsi olan blokların divarları suvanıb, rənglənib, pəncərə çərçivələri və şüşəbəndlər salınıb, giriş hissələrdə dəmir qapılar qoyulub.  İşıq xətləri çəkilib, dirəklər quraşdırılıb. Binaların qarşısı asfaltlanıb, bordürlər qoyulub. Oturacaqlar qorulub, söhbətgahlar yaradılıb. Yaradılmış uşaq əyləncə sahəsində sürüşkənlər və digər qurğular qoyulub və həyata keçirilən işlər hazırda davam edir.
Ölkə prezidentinin tapşırığına və fərmanlarına uyğun olaraq regionlarda həyata keçirilən quruculuq işlərindən danışan şəhır rəhbəri bu cür nümunəvi məhəllələrin yaradılacağını, şəhərimzin bütün məhəllərində vətəndaşların rahatlığının tənin edilməsi üçün zəruri olan işlərin görüləcəyini bildirib.
Qeyd olunub ki, hamını narahat edən yaşıllıqların suvarılması probleminin köklü həlli üçün olduqca mühüm addımlar atılıb. Artıq şəhərin bir çox prospekt; küçə və parklarına bu məqsədlə su xətləri çəkilib və bu işlər davam edir.
Görüşdə məhəllə sakinləri arzu və təkliflərini səsləndiriblər. Aidiyyatı üzrə kommunal xidmət sahələrinin rəhbərlərinə tapşırıqlar verilib.
 

Your email address will not be published.