Mingəçevirdə Sahil parkınını bərbad günə qoyanlar kimlərdir?-FOTOLAR

0 170

Mingəçevir Bələdiyyəsi  şəhərin Sahil parkında pərakəndə şəkildə qanunsuz sahibkarlıq fəaliyəti ilə məşğul olanlara qarşı reyd keçirib.

Bələdiyyə üzvlərinin polis əməkdaşlarının iştirakı ilə keçirilən reydin əsas məqsəd Mingəçevirdəki sahil parkında qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan, müqaviləsiz idman qurğuları, kiçik həcmli iaşə köşkləri və s. işlədən şəxslərə qanunsuz fəaliyyətərinin dayandırılması üçün xəbərdarlıq edilib. Əhalinin ən çox istirahət etdiyi sahil parkı qanunsuz olaraq bir neçə sahibkarlar tərəfindən zəbt edilib. Parkda piyadaların hərəkət etdiyi yerlərdə qanunsuz quraşdırılan idman qurğularının, kiçik iaşə obyektləri insanların hərəkətinə mane olur. Hətta elektirik naqilləri ağacların üzəri ilə aparılaraq daha təhlükəli mənzərə yaranıb. Qanunsuz quraşdırılan bəzi uşaq əyləncə qurğularının üzəri xüsusi örtüklərlə örtülərək daha səliqəsiz görkəm alıb. Həmin qurğuların sahibləri də üzə çıxmadı.

Sahil parkında quraşdırılan müxtəlif aparatların işləməsini təmin edən elektrik xətlərinin mənbəyi də olduqca maraqlıdır.Kim haradan gəldi xətt çəkib. Hətta naqillərinin bir hissəsi açıq şəkildə çəkilib və hər an insan həyatı üçün təhlükə yaradır. Hələ istehlak olunan enerjinin pulunun ödənilib-ödənilməməsini demirik. Bəs görəsən, bu qanunsuz qurğulara elektirik xəttini hansı əsasla kimlər veriblər? “Azərişıq” hara baxır?

Sakinlərin haqlı narazııqlarından biri də mənşəyi bilinməyən rəngli və qazlı suların satılmasıdır. Bütün bunlara qarşı keçirilən reyddə obyekt sahiblərinə bir daha  xəbərdarlıq edilib.

Azbelediyye.az-a açıqlamasında Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev bildirib ki, Sahil parkında bir qrup vətəndaş əraziləri zəbt edərək qeyri-qanuni olaraq idman qurğuları, ictimai-iaşə, ticarət avadanlıqları yerləşdirərək, sahibkarlıqla məşğul olurlar. Park Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli,106 N-li qərarı ilə  bələdiyyənin mülkiyyətində olsa da  park əhalinin istirahət yeri oduğuna görə sahibkarlarla müqavilə bağlanmır. Sahil parkı əhalinin istirahəti üçün nəzərdə tutulub və burada kifayət qədər sakinlərin istirahəti üçün pulsuz idman qurğuları, uşaq əyləncə mərkəzi və digər oyun qurğuları var. Lakin qanunsuz fəaliyyət göstərən sahibkarlar səliqəsiz, eybəcər formada idman qurğuları və digər avadanlıqlar quraşdırıblar. Biz bu barədə onlarla dəfələrlə söhbət etmişik.Ancaq etdiyimiz söhbətlər nəticəsiz qalıb.Hazırda parkda qanunsuz sahibkarlıq fəaliyyətini davam etdirən 10 nəfər kiçik sahibkarın kimliyini müəyyən edərək Mingəçevir Şəhər Prokurorluğuna təqdim etmişik”.

Görünün odur ki, Sahil parkının gəziniti zolağında sözün əsl mənasında biabırçılq höküm sürür. İnsanların rahat istirahət etməsi bir yana,ərazidə normal şəkildə gəzmək belə mümkün deyil. Axşam və gecə saatlarında isə ərazidə yaranmış sıxlıq sözün əsl mənasında koronavirus mənbəyidir. Polisin yaranmış vəziyyətin aradan qaldırılmasındakı rolu isə bir qədər düşündürücüdür.


Mingəçevir Bələdiyyəsindən o da bildirilib ki, bu qəbildən olan reydlər mütamadi olaraq davam etdiriləcək.

Kanal32.az

Your email address will not be published.