Vətəndaşın ürəyini 25 dəqiqə masaj edib xilas edən xanım həkim kimdir?-FOTO

0 29

Xəbər verildiyi kimi avqustun 17-də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aygün İsmizadənin sayıqlığı nəticəsində gənc ölümdən xilas edilib.

BAKU.WS xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. İstirahət mərkəzində bir nəfər dənizdə olduğu zaman ürək tutması ilə huşsuz vəziyyətə düşüb və yaxında olan vətəndaşların yardımı nəticəsində sahilə çıxarılıb. Orada istirahətdə olan həkim Aygün İsmizadə dərhal həmin şəxsə ilkin yardım olaraq ürək masajı etməyə başlayıb. 107 kq çəkidə olan vətəndaşı 25 dəqiqə davam edən ürək masajından sonra həyata qaytarmaq mümkün olub.

“Artıq peşə vərdişidir. Hər zaman və hər yerdə hadisələrə dərhal müdaxilə etməyi özümüzə borc bilirik. Oğlum dənizdə bir nəfər adamın öldüyünü dediyi anda sahilə qaçdım.

Vətəndaşın ürək dayanmasından huşsuz vəziyyətdə olduğunu gördüm və dərhal ürək masajı etməyə başladım. Çox sevinirəm ki, yardımım nəticəsində həmin adamın həyatını xilas etmək mümkün oldu. Səhiyyə Nazirliyinin həkimi olaraq vətəndaşlarımıza hər zaman xidmət etməyə hazırıq”, – deyə Aygün İsmizadə bildirib.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi göstərdiyi ilkin tibb yardım nəticəsində vətəndaşımızı yenidən həyata qaytaran qəhrəman həkimimizə təşəkkürünü bildiririb.

Your email address will not be published.