Mingəçevirdə ilk dəfə 3 mühüm layihənin icrasına başlanılıb-VİDEO

0 107

Son dövrlər Mingəçevir şəhərində bir sıra yeniliklərə imza atılıb. Bu yeniliklər əsasən ekoloji və inovativ layihələri əhatə edir.

Mingəçevir şəhəri 16 iyul 2017-ci il tarixdə Avropa İttifaqının Merlər Razılaşması Şərq təşəbbüsünə qoşulub. Razılaşmaya əsasən Mingəçevir şəhərin 2030-cu ilədək Davamlı Enerji və İqlim Tədbirlər Planı (DEİTP) hazırlanacaqdır. Planın hazırlanması üçün beynəlxalq və yerli məsləhətçi cəlb edilib və 2019-cu ilin sonunda Mingəçevir şəhərinin Dayanıqlı Enerji və İqlim üzrə Tədbirlər Planı tamamlanıb. Plan üzrə həyata keçirilməli olan layihələrin maliyyələşməsi Beynəlxalq təşkilatlar və Donorlar, Bələdiyyə, Yerli İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Kommunal təşkilatlar və bu sahəyə maraq göstərən sahibkarlar (Enerji Səmərəlliyi Şirkətləri) tərəfindən nəzərdə tutulub. 2020-ci ilin əvvəllərindən Covid-19 pandemiyasının yayılması və digər səbəblərdən Beynəlxalq təşkilatlar və Donorlara mütəmadi onlayn müraciətlər etsək də layihələrin icrası üçün heç bir maliyyə dəstəyi göstərilməyib. Buna baxmayaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəxsi təşəbbüsü ilə planda nəzərdə tutulmuş layihələrin daxili imkanlar hesabına icrasına başlanılıb və hal-hazırda davam etdirilir.

Layihə 1. Şəhərin 32 ha ərazisini əhatə edən parklar üçün damcılı suvarma ilə səmərəli su təchizatı sistemini qurmaq, suya qənaət etmək və yaşıllıq zolaqlarını artıraraq CO2 emissiyasını azaltmaqdır.

Hədəf: Şəhərin suvarma sisteminin yenidən qurumaq, parklar və xiyabanlar üçün mövcud su sərfiyyatını 70% azaltmaq.

Mingəçevir şəhərinin içməli su təminatı və yaşıllıqların suvarılması şəhər salınandan 2014-cü ilə qədər Mingəçevir su anbarından götürülərək, öz axarı ilə bir xəttin üzərində qurulub. Həmin xəttin istismar müddətini başa vurması mütəmadi qəzalar və böyük həcmli su itkilərinə yol açıb. 2014-cü ildən Dövlət Proqramına uyğun olaraq içməli su təchizatının yenidən qurulması işlərinə başlanılmış və 2020-ci ildə başa çatdırılaraq istismara verilmişdir. Ancaq bu layihədə şəhərin suvarılması və texniki su təchizatı nəzərdə tutulmayıb. Mingəcevir Şəhər İcra Hakimiyyəti tərəfindən məsələ qaldırıldıqdan sonra mövcud köhnə xətt  Mingəçevir şəhər İcra Hakimiyyətinin balansına verilib.

Layihə çərçivəsində istismara yararsız metal boruların plastik borularla əvəzlənməsi ilə şəhər ərazisində suvarma xətlərinin çəkilişi və parkların daxilində damcılı suvarma sisteminin qurulması nəzərdə tutulur. Birinci mərhələ üzrə bu günədək 11 000 m müxtəlif diametrli borulardan su xətləri çəkilib. Bu da 20 ha qədər ərazinin suvarılmasını təmin edir. İkinci mərhələ üzrə  isə damcılı suvarma avtomatik idarəetmə proqramı ilə təmin olunaraq suyu hər bir ağac üçün lazımı miqdarda təchiz ediləcək ki, bu da mövcud su sərfiyyatını 70% azalmasını və şəhərin digər ərazilərində suvarma sisteminin qurulmasını təmin edəcək.

Layihə 2. Yaşayış binalarının enerji səmərəliliyinə nail olunması.

Məqsəd: Ümumi sahəsi 113340 m2 olmaqla 70 yaşayış binasının (12-si 9 mərtəbəli, 7- si 5 mərtəbəli daş, 51-i isə 5 mərtəbəli panel binalar olmaqla) izolyasiya olunması; 30 yaşayış binasının istilik sisteminin qurulması; 68 yaşayış binasının insulyasiyası və dam örtüyünün dəyişdirilməsini təmin etmək.

Mingəçevir şəhər İcra Hakimiyyəti son 6  il ərzində 385 binanın dam örtüyünün dəyişdirilməsi işlərlərini  aparıb və 100-ə qədər müxtəlif mərtəbəli binaların blokları təmir edilib. Ümumilikdə Mingəçevir şəhər ərazisində 66 ədəd binanın dam örtüyünün dəyişdirilməsinə və blokların təmirinə zərurət vardır. 2021-ci il üçün Yerli İcra Hakimiyyəti tərəfindən 17 binanın dam örtüyünün dəyişdirilməsi və 46 binanın bloklarının və fasadlarının təmir işləri nəzərdə tutulub. Bndan başqa İcra hakimiyyətinin təşəbbüsü ilə  3 ədəd qəzalı vəziyyətdə olan binanın sakinlərini yeni mənzillərlə təmin etmək  məqsədi ilə 5 mərtəbəli, 40 mənzilli yaşayış binasının tikintisinə Nazirlər Kabinetinin qərarı ilə Fövqəladə Hallar Nazirliyinə vəsait ayrılıb. Hazırda layihələndirmə işləri aparılır.

Layihənin adı: Vegetasiya dövrünü başa vurmuş ağacların, kolların və onlaın qalıqlarının emalı.

Məqsəd: Payız mövsümündə vegetasiya dövrünü başa vurmuş ağacların, kolların və onların qalıqlarını yerində xüsusi avadanlıq vasitəsi ilə dogranıb, daşınmasını təmin edərək açıq şəkildə yanmasının qarşısını almaq . Eyni zamanda enerji səmərəliliyinin artırılmasına, CO2 emissiyasının azaldılmasına və əlavə vəsaitin xərclənməsinin qarşısının alınmasına nail olmaq.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin sifarişilə Enerji Səmərəliyi Şirkəti tərəfindən gətirilmiş xüsusi avadanlıq vasitəsilə budanmadan əmələ gələn tullantıların yerində doğranıb götürülməsi və bu zaman tulantıların açıq şəkildə yanmasının qarşısını alaraq yanğın təhlükəsini və CO2 emissiyasının minumuma salınması layihəsinin icrasına başlanılmışdır. Bu günədək Mingəçevir şəhər ərazisində budanmadan əmələ gələn tullantılar şəhər ərazisindən 5 km məsafədə yerləşən Boz dağın ətəyində sahəsi 15,5 ha olan poliqonda zərərsizləşdirilirdi. Poliqonda qızışmadan ilin müxtəlif aylarında hissə-hissə yanğın baş verir. İl ərzində şəhər ərazisindən hesablamalara görə  40 000 m3 xəzəl və budanmadan əmələ gələn tullantılar toplanaraq poliqona daşınır və bu zaman tulantıların daşınmasına xərclənən vəsait iki dəfə və daha çox artır.

Layihə çərçivəsində tulantıların yerində doğranıb daşınması zamanı poliqona daşınmalı tullantının həcmini 5 dəfədən artıq azaltmaq mümkündür. Belə ki, ağac və kol tullantılarının doğranması zamanı əmələ gələn xammaldan odun yanacağı, baxça kompostu (gübrə), mebel istehsalında və digər sahələrdə istifadə edilir ki bu da poliqona daşınmalı olan tullantıların həcmini 70-80% azalması deməkdir ki, bu da hazırda tullantıların daşınmasını icra edən Komunal təşkilatların yanacaq və amortizasiya xərclərinin azalmasını təmin edəcək.

Yuxarıda qeyd olunan tullantıların təkrar emal edilməsini Enerji Effektivliyi Xidmətləri Müqavilələri bağlanılmaqla və Enerji Effektivliyi Xidmətlərinin icraçısı Şirkətləri  ilə birgə həyata keçirməklə həmin tullantıların daşınmasına və utelizasiyasına xərclənən vəsaiti minimuma endirmək olar. Eyni zamanda bu shədə sahibkarlığın inkişafının sürətləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına nail olmaq olar.

İnformasiya şöbəsi

Kanal32.az

 

Your email address will not be published.