Mingəçevirdəki 11 illik musiqi məktəbindən Anım Günün üçün xüsusi mərasim-FOTO

0 109

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi 27 sentyabr Şəhidlərin Anım Gününü xüsusi mərasimlə qeyd ediblər. 

Azbelediyye.az Kanal32.az-a istinadən xəbər verir ki, sözügedən musiqi məktəbin təşkilatçılı ilə keçirilən Anım mərasimi məktəbin qarşısında açıq havada açılmış sərgi ilə başlayıb. Sərgidə 44 günlük savaş dövründə mənfur ermənilərin təcavüzü zamanı Şəhid olmuş 51 mingəçevirli gəncin fotosu, eyni zamanda ermənilərin qadağan olunmuş raket hücumu nəticəsində Gəncə və Bərdə şəhərlərində Şəhid edilmiş dinc sakinlərin, dağıdılmış evlərin fotoları nümayiş etdirilib. Məktəbin kollektivi və şəhər sakinləri sərgiyə baxış keçiriblər, Şəhidlərimizi hörmətlə anıblar.

Daha sonra Anım Günü musiqi məktəbinin kollektivi tərəfindən hazırlanan bədii kompazisiya ilə davam edib. Məktəbin müəllim və şagirdlərinin ifasında Şəhidlərə, Vətən torpaqlarına həsr olunan şeir və musiqilər səsləndirilib. Şagirdlərin hazırladığı bədii kompazisiya və ifa etdikləri şeirlər iştirakçılara təsirli anlara yaşadıb.

Tədbirdə çıxış edən Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov 44 günlük savaşdan və Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin misilsiz şücayətindən danışıb. Müharibə dövründə Prezident İlham Əliyevin həm sərkərdə kimi, həm də bir siyasi ideoloq kimi ortaya qoyduğu sistemli və cəsarətli addımları xüsusi vurğulayıb. Düşmən üzərindəki həm hərbi-taktiki,hərbi-strateji, həm də psixoloji üstünlüklərimizi diqqətə çatdırıb. Eyni zamanda bildirib ki, Şəhid ailələrini, qazilərimizi hər an yad etmək, onların ailələrinə xüsusi diqqət göstərmək hər birimizin mənəvi borcudur.

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivinin 27 sentyabr Şəhidlərin Anım Gününü ilə bağlı keçirdiyi Anım mərasimi Mingəçevir Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.   

     

    

Kanal32.az

 

Your email address will not be published.