Müharibə veteranı Mingəçevir xəstəxanasına direktor təyin olundu

0 430

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin yeni direktor təyin olunub.

Kanal32.az xəbər verir ki, direktor vəzifəsinə xəstəxananın onkoloqu,tanınmış cərrah, əməliyyat blokunun rəhbəri Abdulqadir Sultanov təyinat alıb.Bununla bağlı Tibbi Ərazi İdarəetmə Birliyinin idarə heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki,yeni direktor Abdulqadir Sultanov 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır,uzunmüddətli döyüş yolu keçib və ehtiyatda olan zabitdir.

Xatırladaq ki, Mingəçevir Mərkəzi Xəstəxanasının əvvəlki direktoru Könül Ələkbərov bir neçə ay öncə Bakıdakı Kliniki Tibbi Mərkəzə(“Semoşka”ya) Publik Hüquqi Şəxsin direktor təyin edilib.

Your email address will not be published.