Əsas məqsədimiz KOB-ların iqtisadiyyatda rolunu artırmaqdır — Orxan Məmmədov

0 3

Bakı. Trend:

Əsas məqsədimiz KOB-ların iqtisadiyyatda rolunun artırılması,
onların iştirakı ilə daha çox əlavə dəyərin yaradılması, KOB-ların
məşğulluqda və ixracda payının daha da yüksəlməsinə nail
olmaqdır.

Trend-in məlumatına görə,
bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov “Partners & Business”
sərgi-konfransında çıxışı zamanı deyib.

O.Məmmədov qeyd edib ki, müasir dövrün çağırışlarına uyğun
olaraq sahibkarlıq sahəsində yeni təşkilati modellərin yaradılması
və sahibkarlığın təşviqi Agentliyin əsas fəaliyyət
istiqamətlərindəndir. Ötən dövrlərdə biznes mühitinin inkişafı və
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi
istiqamətində yaradılmış təşviq mexanizmləri KOBİA tərəfindən
uğurla həyata keçirilməkdədir.

«KOBİA startap, mikro, kiçik və orta sahibkarlıq üzrə biznesin
yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində
dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu
oynamaqdadır.

Startap şəhadətnaməsi, daxili bazar araşdırması, təhsil, elm,
tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, sahibkarların
bilik və bacarıqlarının inkişafı, ticarət şəbəkələrinə çıxış, sərgi
və digər dəstək alətləri sahibkarlar arasında böyük maraq
yaratmaqla, mikro, kiçik və orta sahibkarlığın inkişafını daha da
sürətləndirmişdir.
Əlbəttə ki, sadalananlar KOBİA tərəfindən təmin edilən dəstək və
xidmətlərin bir hissəsini təşkil edir. Əsas məqsədimiz isə
KOB-ların iqtisadiyyatda rolunun artırılması, onların iştirakı ilə
daha çox əlavə dəyərin yaradılması, KOB-ların məşğulluqda və
ixracda payının daha da yüksəlməsinə nail olmaqdır.

Bu gün şəhərimizdə bu qəbildən tədbirlərin davamı olaraq,
iştirak etdiyimiz “Partners & Business” sərgi konfransı təşkil
olunub. Sərginin təşkilində əsas məqsəd ölkədə fəaliyyət göstərən
biznes subyektlərinin tanıdılması, bazarlara çıxış imkanlarının
genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının
inkişaf etdirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır»,-
KOBİA sədri bildirib.

O qeyd edib ki, Marsol şirkəti sahibkarlar arasında əməkdaşlıq
əlaqələrin yaradılması, “B2B” görüşlərin həyata keçirilməsi,
konfrans və sərgilərin təşkilində sahibkarlara daim dəstək
göstərir: «Belə ki, KOBİA-nın dəstəyi və Marsol şirkətinin
təşkilatçılığı ilə həyata keçirilən bugünki tədbirdə 200-ə yaxın
şirkət iştirak edir və istehsal etdikləri məhsulları və göstərdiyi
xidmətləri sərgiləyir.

Xüsusilə qeyd edim ki, KOBİA-nın sərgilərdə iştiraka dəstək
proqramı çərçivəsində bu tədbirdə də Agentliyin geniş stendi
yaradılmışdır. Sözügedən stendə sənaye, qida, inşaat və digər
sahələrdə məhsullar istehsal edən və xidmətlər göstərən 16 KOB
subyekti iştirakı dəstəklənir.

Ümidvaram ki, bu gün təşkil olunan tədbirdən həm sahibkarlar,
həm də ziyarətçilər məmnun qalacaqdır. Qazanılacaq təcrübə isə
biznes subyektlərinin fəaliyyətlərini təkmilləşdirməsinə və
genişləndirməsinə xidmət edəcəkdir.

Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının ayrı-ayrı
sahələrində fəaliyyət göstərən biznes subyektləri arasında bu
tədbir vasitəsilə geniş əlaqələr qurulacaq və inkişafa doğru daha
da ciddi addımlar atılacaqdır», — O.Məmmədov vurğulayıb.

Leave A Reply

Your email address will not be published.