15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər təşkil edilib (FOTO)

0 9

Bakı. Trend:

Ombudsmanın Quba, Gəncə, Şəki və Cəlilabad regional mərkəzləri
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirlərdə 15 İyun
tarixinin əhəmiyyəti vurğulanıb. Çıxışlar zamanı Ümummilli Lider
Heydər Əliyev tərəfindən ölkədə ictimai-siyasi sabitliyin bərpa
olunması, hüquqi, demokratik dövlət quruculuğu, beynəlxalq aləmdə
ölkəmizin nüfuzunun yüksəldilməsi sahəsində görülmüş tədbirlər
diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkəmizdə insan hüquqlarının təmin edilməsi
sahəsində ilk addımlar da məhz Ümummilli Lider Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə qayıdışından sonra atılıb.

Tədbirlər zamanı Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı
ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlar haqqında
məlumat verilib. Həmçinin Azərbaycan dövlətinin ali məqsədi olan
insan hüquq və azadlıqlarının təmini sahəsində qəbul edilmiş dövlət
proqramları, qanunvericilik aktları, ölkəmizin qoşulduğu beynəlxalq
konvensiyalar, habelə insan hüquq və azadlıqlarının qorunması
sahəsində Ombudsmanın fəaliyyəti barədə məlumatlar tədbir
iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirlər müzakirə şəklində davam etdirilib, iştirakçıları
maraqlandıran suallar cavablandırılıb.

Leave A Reply

Your email address will not be published.