ABŞ-da “Moderna” və “Pfizer” peyvəndləri uşaqlar üçün tövsiyə olunub

0 10

Bakı. Trend:

ABŞ qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət
üzrə İdarəsinin (FDA) bir qrup eksperti altı aylıq və daha böyük
uşaqlar üçün “Moderna” və “Pfizer” koronavirusa qarşı
peyvəndlərinin istifadəsini təsdiqləyib.

Trend-in
məlumatına görə, bu barədə ” The New York Times” nəşri
bildirib.

Qeyd olunub ki, mütəxəssislər yekdilliklə gənc uşaqlar üçün
peyvəndin istifadəsini tövsiyə ediblər.

Məqalədə deyilib ki, bu addım tənzimləyiciyə hər iki dərmanın
istifadəsinə “təcili olaraq cari həftə ərzində” icazə verməyə imkan
verəcək.

Leave A Reply

Your email address will not be published.