ABŞ İrana qarşı sanksiyaları sərtləşdirməyə hazırdır

0 10

Bakı. Trend:

ABŞ prezident administrasiyasının nümayəndələri Senatı əmin
ediblər ki, Vaşinqton İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli
Fəaliyyət Planının (BHFP) bərpası üzrə danışıqlar uğursuz olarsa,
İrana qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.

Trend-in
məlumatına görə, bu barədə “Politico” qəzeti yazıb.

Məlumata əsasən, müvafiq təminatları ABŞ rəsmiləri qapalı
brifinq çərçivəsində qanunvericilərə veriblər.

Qeyd olunub ki, İran sazişi ətrafında danışıqlarda problemlər
səbəbindən senatorların ehtiyat plan tələbləri fonunda Ağ Ev yeni
sanksiyalar barədə danışmağa başlayıb. ABŞ qanunvericilərinin
fikrincə, BHFP-nı bərpa etmək cəhdi uğursuz olarsa, Vaşinqton
İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almalıdır.

Leave A Reply

Your email address will not be published.