«Abşeron yarımadamı» adlı şeirlər kitabı çap olunub

0 3

Bakı. Trend:

Şair, esseist Ramil Əhmədin «Abşeron yarımadamı» adlı şeirlər
kitabı çap olunub.

Kitab «Parlaq İmzalar» nəşriyyatında nəşr edilib.

Yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək kitabın redaktoru
Aqşin Yeniseydir.

Qeyd edək ki, «Abşeron yarımadamı» müəllifin sayca beşinci
kitabıdır.

Bundan əvvəl onun «Zaman tuneli» (2015), «İki şəhərin yazıları»
(2018), «Orxan Pamukun evində» (2021) və «Nizami Gəncəvinin poetik
portreti» (2021) kitabları işıq üzü görüb.

Leave A Reply

Your email address will not be published.