ADU-nun rektoru Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)

0 4

Bakı. Trend:

İyunun 16-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru,
akademik Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor
Sederkenyi ilə görüşüb.

Rektor səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib,
diplomatik missiyası başa çatmaqda olan səfirlə ötən dövrdə
keçirilən görüşlərin səmərəsi haqqında danışıb. Qeyd olunub ki,
ADU-da fəaliyyət göstərən Macar Mərkəzi bir sıra önəmli tədbirlərin
təşkil olunmasında yaxından iştirak edir. Bildirilib ki, mərkəz
macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla
təmin olunması və müəllimlərin fəaliyyətinə müsbət təsir
imkanlarına malikdir. Mərkəzinin əsas prinsiplərindən olan
Macarıstan və Azərbaycan arasında münasibətlərin inkişafına töhfə
verməsi xüsusilə diqqəti çəkir.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi göstərilən
diqqətə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd
olunub ki, Macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin
resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə dəstək
olmaq məqsədi ilə görülən işlər təqdirəlayiqdir. Qarşılıqlı
əməkdaşlığın faydalarından danışan səfir gələcəkdə də yeni
əməkdaşlıq istiqamətlərinin olacağına əminliyini vurğulayıb.

Görüşdə aparılan elmi işlərin və səfirlik vasitəsi ilə
tələbə-müəllim mübadiləsinin yeni inkişaf perspektivləri də
müzakirə olunub.
Daha sonra Vişeqrad qrupuna həsr olunmuş sərgiyə baxış
keçirilib.

Leave A Reply

Your email address will not be published.