Aİ Qarabağ münaqişəsində ziyan dəymiş rayonların bərpasına hansı formada qatılacağını müzakirə edir

0 10

Bakı. Ləman Zeynalova, Orxan Nəbiyev – Trend:

Avropa İttifaqı (Aİ) BMT kimi beynəlxalq təşkilatlarla birgə Qarabağ münaqişəsində ziyan dəymiş rayonlarda işə cəlb olunmanın şərtlərini və modallığını müzakirə edir.

Bunu Trend-ə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano deyib.

Onun sözlərinə görə, ötən il dekabrın 17-də keçirilmiş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasında Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell bildirib ki, Aİ post-konflikt bərpa prosesinin dəstəklənməsi vasitəsilə sülhə nail olmaq cəhdlərinə töhfə verməyə hazırdır.

Leave A Reply

Your email address will not be published.