Bakı. Trend:
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası
və Litva Respublikası Müdafiə nazirliklərinin nümayəndə heyətləri
arasında ikitərəfli əməkdaşlıq danışıqları üzrə görüş
keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, görüşdə ölkələrimiz arasında əməkdaşlığın
cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional
təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.