Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb — Nazir müavini

0 3

Bakı. Trend:

Biznes mühiti sahəsində ölkədə həyata keçirilən işlər, həmçinin
sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfənin nəticəsi olaraq
son 18 ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə böyüyüb.

Trend-in məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin
müavini Niyazi Səfərov «Partners and Business» Baku 2022 — yerli
şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.

O qeyd edib ki, ölkə üzrə fəaliyyət göstərən sahibaklıq
subyektlərinin 99 %-i KOB subyektləridir, bu, kiçik və orta
sahibkarlığın ölkədə böyük potensiala malik olduğunu göstərir.

«2022-ci ilin göstəricilərinə görə, ölkədə indiyənə qədər
qeydiyyata alınmış hüquqi sahibkarların sayı 170 mindən çox , fərdi
sahibkarların sayı isə 940 təşkil edib . Bu rəqəmlər sahibaklıq
sahəsində inkişafın əsas göstəriciləridir».

Nazir müavini deyib ki, KOB subyektlərinin dəstəklənməsi ,
onların inkişafı,maraqların müdafiəsi sahəsində Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin gördüyü işlər xüsusi qeyd
edilməlidir. Bu işlərin getdikcə miqyası, keyfiyyəti və əhatə
dairəsi artır. Ötən dövrdə qeyd edilən istiqamətlər üzrə bir sıra
sistemli dəstək tədbirləri həyata keçirilib. Bunların sırasında
daxili bazar araşdırmaların dəstəklənməsi, innovativ proqramlar
üzrə qrantların verilməsi , sahibakların bilik və bacarıqlarının
artırılması kimi işləri qeyd edə bilərik».

Leave A Reply

Your email address will not be published.