Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb

0 3

Bakı. Trend:

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk
qələbəsini qazanıb.

Trend-in
məlumatına görə, baş məşqçi Canni De Byazinin yetirmələri Bakıda
Belarus seçməsini qəbul edib.

Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev,
Azər Salahlı, Bəhlul Mustafazadə, Emin Mahmudov, Renat Dadaşov,
Ramil Şeydayev, Abbas Hüseynov, Eddi İsrafilov, Bədavi Hüseynov,
Cəlal Hüseynov və Riçard Almeyda yer alıblar.

Belarus yığmasının heyətində meydana Pavel Pavlyuçenko, Kirill
Peçenin, Valeri Boçerov, Ruslan Xadarkeviç, Vladislav Malkeviç,
Sergey Politeviç, Qleb Şevçenko, Maks Ebonq, İvan Bahar, Yevgeni
Yablonski və Vladislav Klimoviç çıxıblar.

“Dalğa Arena”da oynanılan qarşılaşmanı yunanıstanlı Anastasios
Papapetrunun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissədə hesab
açılmayıb. İkinci hissəyə daha fəal başlayan millimiz matçın 76-cı
dəqiqəsində istəyinə çatıb. Millimizin üzvü Mahir Emreli
fərqlənərək matçda hesabı açıb. Matça əlavə olunmuş vaxtda Ramil
Şeydayev rəqib qapısına yol taparaq hesab arasındakı fərqi artırıb.
Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, Azərbaycan millisi 2:0 hesablı qələbə qazanıb.

Leave A Reply

Your email address will not be published.