Azərbaycan Ordusunda Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)

0 3

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən
Azərbaycan Ordusunda 15 iyun – Milli Qurtuluş Günü ilə əlqədar
silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, plana əsasən şəxsi
heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət
edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər
nümayiş etdirilib, konfranslar, eləcə də müxtəlif mədəni-kütləvi
tədbirlər təşkil olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi və Azərbaycan Ordusunun şəxsi
heyətinin iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli
lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü
uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Çıxış edənlər Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından
sonra ölkəmizdə həyata keçirilən işlərdən və onun siyasi kursunun
bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsindən, eləcə də Vətən müharibəsində
qazanılan şanlı qələbənin tarixi əhəmiyyətindən danışıblar.

Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və
Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət
Mərkəzinin mahnı və rəqs ansamblı, həmçinin incəsənət xadimlərinin
iştirakı ilə rəngarəng konsert proqramları təqdim edilib.

Leave A Reply

Your email address will not be published.