Azərbaycan Prezidentinin Qafqazla bağlı yanaşması regional inteqrasiyaya və sülhə yönəlib – Karen Donfrid

0 8

Bakı. Trend:

Bu, mənim Azərbaycana ilk səfərimdir. Şəhərlə tanış oldum,
küləkli gözəl şəhərinizdə yaxşı vaxt keçirdim.

Trend xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və
Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 16-da
keçirdiyi mətbuat konfransında bildirib.

“Səfərim ABŞ-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının
30 illiyinə təsadüf edir. ABŞ Azərbaycanın müstəqilliyi dəstəkləyən
ilk ölkələr sırasındadır. Dünən Prezident İlham Əliyevlə
görüşümüzdə geniş müzakirələr apardıq. Prezident İlham Əliyev
Qafqazla bağlı fikirlərini bölüşdü.

Azərbaycan Prezidentinin Qafqazla bağlı yanaşması regional
inteqrasiyaya və sülhə yönəlib”, – deyə Karen Donfrid qeyd
edib.

Leave A Reply

Your email address will not be published.