Azərbaycan üzgüçüləri Xorvatiyada 27 medal qazanıb (FOTO)

0 6

Bakı. Trend:

Azərbaycanın üzgüçülük üzrə milli komandası 9-13 iyun
tarixlərində “GOLDEN ORLANDO” adlı beynəlxalq turnirdən vətənə 27
medalla dönüblər.

Bu barədə Trend-ə Üzgüçülük
Federasiyasının mətbuat Məqsəd Rəhimov deyib.

Onun sözlərinə görə, 11 nəfər heyətlə Xorvatiyanın Dubrovnik
şəhərinə yola düşən idmançılarımız yarışın birinci günündə 6 qızıl,
5 gümüş, 2 bürünc medala sahib olub. Üzgüçülərimizdən Ayan
Kələntərova A və B finalında 400 metr qarışıq üsulda və 200 metr
brass üsulunda, Ramil Vəlizadə A və B finalında 200 metr
batterflyay üsulunda, Abrürrəhman Rüstəmov isə B finalında 200 metr
batterflyay üsulunda kürsünün ən yüksək pilləsinə yüksəliblər.
İdmançılarımızdan Rəşad Alquliyev A və B finallarında 400 metr
qarışıq üsulda, İlahə Rəciyeva A finalında 200 metr batterflyay
üsulunda, Əbdürrəhman Rüstəmov A finalında 200 metr batterflyay
üsulunda, Məryəm Şeyxəlizadəhandah isə A finalında 50 metr
betterflyay üsulunda bürünc medal qazanıblar. Yarışın birinci
günündə Fatimə Alkərəmova A finalında 400 metr sərbəst üsulda,
Nihad Yusibov B finalında 100 metr arxası üstə üsulda bürünc
medulla kifayətləniblər.

Beynəlxalq turnirin ikinci günü də milli komandamız üçün uğurli
olub. Belə ki, yarışlara qatılan idmançılarımız medallar uğrunda
mübarizədə fərqlənməyi bacarıblar. Üzgüçülərimiz 1 qızıl, 6 gümüş,
6 bürünc olmaqla 13 medal qazanıblar. Onlardan Ramil Vəlizadə B
finalında 100 metr batterflyay üsulunda kürsünün ən yüksək
pilləsinə qalxıb. İdmançımız A finalında 100 metr batterflyay
üsulunda gümüş medal qazanıb. Digər idmançılarımızın 2-ci gün üçün
nəticələri belədir:

Məryəm Şeyxəlizadəhangah A finalı üçün 100 metr batterflyay
üsulunda 2-ci yer, 50 metr batterflyay üsulunda 2 –ci yer, 50 metr
sərbəst üsulda 3-cü yer, Fatimə Alkərəmova – A finalında 200 metr
sərbəst üsulda və 200 metr qarışıq üsulda 3-cü yer, Əbrürrəhman
Rüstəmov B finalı üçün 100 metr batterflyay üsulunda 2 ci yer, Ayan
Kələntərova B finalı üçün 100 metr brass üsulunda 2-ci yer, 200
metr qarışıq üsulda 3-cü yer, İlahə Rəciyevə A finalı üçün 100
batterflyay üsulunda 3-cü yer, Nahid Yusibov isə B finalı üçün 50
metr arxası üstə 2-ci yerə layiq görülüb.

Beləliklə üzgüçülük üzrə milli komandamız Xorvatiyadan 10-u
qızıl, 10-ü gümüş, 7-I bürünc olmaqla ümumilikdə 27 medalla
dönüb.

Federasiyadan onu da bildiriblər ki, bu turnir bitdikdən sonra
komandanın bir qrup üzvü vətənə donəcək və 17-19 iyun tarixlərində
Bakı şəhərində keçiriləcək Açıq Yay çempionatına qatılacaq. Digər
iki üzgüçümüz, Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah və
üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov
Macarıstanın Györ şəhərində Macarıstan yığması ilə birgə təlim məşq
toplanışına qatılacaqlar. Toplaniş bitdikdən sonra hər iki
üzgüçümüz iyunun 18-23-nə kimi Macarıstanda təşkil olunacaq dünya
çempionatında iştirak edəcəklər. Dünya çempionatına vəsiqə qazanan
hər iki üzgüçümüz yarışlarda uğurlu çıxış etmək və öz nəticələrini
daha yüksəlmək üçün mübarizə aparacaqlar.

Leave A Reply

Your email address will not be published.