Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

0 5

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 846
vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya
olunanların sayı 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların
sayı 268, üç və daha çox doza vaksin vurduranların sayı 1 160,
pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların
sayı isə 114 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 748
460, birinci doza peyvəndlərin ümumi sayı 5 351 545, ikinci doza
vaksinlərin sayı 4 851 520 təşkil edib. Üç və daha çox doza
vaksinlərin sayı 3 297 664, pozitiv nəticədən sonra “buster” doza
vaksinlərin sayı isə 247 731 olub.

Leave A Reply

Your email address will not be published.