Azərbaycanda koronavirusa yoluxma sayının bu qədər azaldığını görmək sevindiricidir – ÜST rəhbəri

0 5

Bakı. Trend:

Azərbaycanda koronavirusa yoluxma sayının bu qədər azaldığını
görmək sevindiricidir.

Trend-in məlumatına görə, bunu Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Gebreyesus “Qlobal dünya
nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxışı
zamanı deyib.

Onun sözlərinə görə, dünya əhalisinin böyük hissəsi virusa qarşı
peyvəndlənib, amma hələ də təhlükə üzərində qələbəni elan etmək
tezdir.

“Əlbəttə, pandemiya dünyadakı yeganə böhran deyil. Biz iqlim
dəyişiklikləri, siyasi münaqişələrdən qaynaqlanan problemlərlə
üzləşirik. Biz bütün ölkələri koronavirusla mübarizəni davam
etdirməyə çağırırıq, çünki bu, gündəmdəki qlobal təhdidlərin həlli
üçün vacib addımdır.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.