Bakı. Trend:
Bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara
cavab olaraq bildiririk ki, Azərbaycanda meymunçiçəyi virusuna
yoluxma faktı qeydə alınmayıb.
Bu barədə Trend-ə Səhiyyə
Nazirliyindən bildirilib.
“Yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat
veriləcək”, – nazirlikdən qeyd olunub.