Azərbaycanda nağdsız ödənişlərin 88 faizi təmassız həyata keçirilir

0 4

Bakı. Trend:

Azərbaycanda nağdsız ödənişlərin 88 faizi təmassız həyata
keçirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycan
Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin
Milli ödəniş sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi Rəşad
Qasımov Bakıda keçirilən maliyyə texnologiyaları sammitində
deyib.

Onun sözlərinə görə, bu artıma ölkədə «Apple Pay» və digər
analoji həllərin işə salınması səbəb olub.

«Pul vəsaitlərinin köçürülməsinin 73 faizi elektron bankçılığın
payına düşüb. Mərkəzi Bankın strategiyasına uyğun olaraq 2023-cü
ilədək hüquqi bazanı optimallaşdırmaq, rəqəmsal infrastrukturu
genişləndirmək, əhalinin innovativ alətlər barədə
məlumatlandırılması işini aparmaq nəzərdə tutulur», — deyə o
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.