Azərbaycanda nağdsız pul vəsaitlərinin dövriyyəsi açıqlanıb

0 4

Bakı. Trend:

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda nağdsız pul
vəsaitlərinin dövriyyəsi altı milyard manat təşkil edib.

Trend-in məlumatına görə, bunu Azərbaycan
Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda maliyyə
texnologiyaları sammitində deyib.

Onun sözlərinə görə, bu il bank kartlarının sayı 2 milyon
artaraq təxminən 12 milyona çatıb.

“Bundan başqa, Azərbaycanda bank ofisinə getmədən hesab açmaq və
onlayn kart sifariş etmək imkanı yaradılıb”, – deyə o bildirib.

Z.Nuriyev qeyd edib ki, dünyada neobanklar, yəni rəqəmsal
banklar trendi inkişaf edir.

“Azərbaycanda ilin ilk dörd ayının yekununda bank aktivləri 40
milyard manat təşkil edib”, – assosiasiya sədri deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.