Azərbaycanın regionda sülhlə bağlı atdığı addımlar digər ölkələr üçün nümunə ola bilər — QDİƏT rəsmisi (PHOTO)

0 3

Bakı. Trend:

Azərbaycanın regionda sülhün qurulması ilə bağlı atdığı addımlar
digər ölkələr üçün nümunə ola bilər.

Bunu Trend
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Daimi
Beynəlxalq Katibliyinin baş katibi, səfir Lazar Komanesku “Qlobal
dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu
çərçivəsində deyib.

Onun sözlərinə görə, Qlobal Bakı Forumu dünya ictimaiyyəti üçün
vacib məsələlərin müzakirəsi imkanını təqdim edən vacib
tədbirlərdəndir.

O əlavə edib ki, bu forum çərçivəsində həm də Qara dəniz
regionunun inkişafı məsələlərinin müzakirəsi vacibdir.

«Müzakirələrin başlamasını səbirsizliklə gözləyirəm. Əminəm
regionun üzləşdiyi problemləri, onların həlli yollarını daha yaxşı
anlamağa nail olacağıq», — deyə o bildirib.

Azərbaycanla Ermənistan arasında sülh prosesini şərh edən
L.Komanesku vurğulayıb ki, bu məsələdəki son irəliləyiş
sevindiricidir.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.