Azercell-in yüksəksürətli internetinə metroda xüsusi güzəşt!

0 6

Bakı. Trend:

Lider mobil operator metrodan istifadə edən
abunəçiləri üçün yeni kampaniyaya başlayır

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji
məqsədinə sadiq qalan Azercell, rəqəmsal dünyanın hədsiz
imkanlarını abunəçiləri üçün daha yaxın etmək məqsədilə xüsusi
kampaniyaya başlayır. Belə ki, 15 iyun 2022-ci il tarixindən
etibarən Azercell abunəçiləri 0.59 AZN ödəməklə 3GB həcmində
yüksəksürətli 1 saatlıq internet paketi əldə edəcəklər.
Kampaniyadan yararlanmaq üçün M açar sözünü 2525-ə göndərmək
lazımdır.

Məlumat üçün bildirək ki, metronun 24 stansiyası və tunelləri
Azercell-in 4G şəbəkəsi ilə əhatə edilib. Azercell abunəçiləri
hətta qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet
xidmətlərindən istifadə edərək yazışa, videolar izləyə və musiqi
dinləyə bilərlər.

Azercell-in yüksək keyfiyyətli 4G şəbəkəsi Neftçilər, Qara
Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu, Ulduz,
Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası,
İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi
xətt), Avtovağzal, Nəsimi, Azadlıq prospekti, Dərnəgül, Cəfər
Cabbarlı, Xətai, Sahil və İçərişəhər stansiyalarında, eləcə də bu
stansiyaların tunellərində aktivdir.

Kampaniya haqqında daha ətraflı məlumat üçün
https://www.azercell.com/az/personal/campaigns/internet/metro-internet-pack.html

səhifəsinə keçid etməyiniz xahiş edilir.

Leave A Reply

Your email address will not be published.