“AzerGold” QSC-nin Müşahidə Şurasının iclası keçirilib (FOTO)

0 4

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni tərkibdə
formalaşdırılmış Müşahidə Şurasının ilk iclası keçirilib.

Müşahidə Şurasının yeni sədri Mətin Eynullayevin sədrliyi ilə
keçirilən iclasda “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı gündəliyə
çıxarılan cari məsələlər, o cümlədən nizamnamə kapitalının
artırılması, strateji inkişaf, maliyyə-investisiya, istehsalat və
kadr məsələləri ilə bağlı müzakirələr aparılıb.

İclasda çıxış edən Müşahidə Şurasının sədri M.Eynullayev
bildirib ki, dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti olan
“AzerGold” QSC həyata keçirdiyi uğurlu və səmərəli fəaliyyət ilə
ölkəmizin qeyri-neft sektorunun inkişafında, qeyri-neft ixracı
potensialının artırılmasında önəmli rol oynayır. M.Eynullayev
Azərbaycan İnvestisiya Holdinqi tərəfindən qabaqcıl təcrübə və
müasir idarəetmə tələbləri çərçivəsində Səhmdar Cəmiyyətin
fəaliyyətində səmərəliliyin daha da artırılması, onun idarə
edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə
alınmaqla təkmilləşdirməsi istiqamətində görülən işlərin müsbət
nəticələr verdiyini qeyd edib. O, Azərbaycan Respublikasının
Prezidenti tərəfindən həyata keçirilən struktur islahatlarının
məntiqi davamı olaraq ölkə iqtisadiyyatının müasir çağırışlara
cavab verməsi məqsədi ilə yaradılan Azərbaycan İnvestisiya Holdinqi
ilə QSC arasında fəaliyyətin qarşılıqlı əməkdaşlıq müstəvisində
uğurla davam etdirildiyini diqqətə çatdırıb.

İclasda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və
sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi
məqsədilə həyata keçirilən tədbirlər nəzərdən keçirilib, gündəliyə
çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Leave A Reply

Your email address will not be published.