«Azİz» İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının üzvləri bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan gimnastlarını dəstəkləyir (FOTO)

0 3

Bakı. Trend:

«Azİz» İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının üzvləri
Təl-Əvivdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında
Azərbaycan gimnastlarını fəal dəstəkləyir.

Trend-in
məlumatına görə, assosiasiya üzvləri tribunalarda Azərbaycan
bayraqlarını dalğalandırır.

Qeyd edək ki, Azərbaycanı turnirdə böyüklər yaş qrupunda fərdi
proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, gənclər yaş qrupunda
Alina Məmmədova, Kamilla Qafarova və Mədinə Dəmirova təmsil
edir.

Yarışların ilk günündə gənclər arasında təsnifatda Alina
Məmmədova topla hərəkətlərdə, Kamilla Qafarova halqa və gürzlərlə
hərəkətlərdə, Mədinə Dəmirova lentlə hərəkətlərdə finala vəsiqə
qazanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.