AzMİU ilə Milan Politexnik Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə imzalanıb (FOTO)

0 8

Bakı. Trend:

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova İtaliyada elmi
ezamiyyətdə olub. Ezamiyyət çərçivəsində rektor Romualdo Del Bianko
Fondunun direktoru Paolo Del Bianko ilə görüşüb, əməkdaşlıq
perspektivləri və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Növbəti görüş Milan Politexnik Universitetində keçirilib,
əməkdaşlığın yeni istiqamətləri ilə bağlı geniş müzakirələr
aparılıb, yeni razılaşmalar əldə olunub.

AzMİU ilə Milan Politexnik Universiteti arasında magistratura
səviyyəsində ikili diplom proqramı haqqında müqavilə bağlanıb.
Abidələrin bərpası və rekonstruksiyası ixtisasını əhatə edən
müqavilə növbəti tədris ilindən qüvvəyə minəcək. Görüşdə sənədin
hər iki tərəf üçün faydalı olacağı vurğulanıb, ölkələrimiz arasında
da əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, nümayəndə heyətində AzMİU-nun rektoru ilə yanaşı,
İctimaiyyətlə Əlaqələr və Marketinq Mərkəzinin direktoru İsa
Muradov, Milan Politexnik Universitetindən isə Beynəlxalq əlaqələr
üzrə prorektor, professor Stefano Ronçi, Şərqi Avropa üzrə
beynəlxalq əlaqələr üzrə prorektor, professor Mauro Filippini və
professor Nora Lombardini iştirak edib.

Daha sonra Gülçöhrə Məmmədova Milan Politexnik Universitetinin
kampusu və laboratoriyaları ilə tanış olub.

Leave A Reply

Your email address will not be published.