Bakıda avtobuslarda qadınların çantasından cibgirlik edən şəxs saxlanılıb (FOTO/VİDEO)

0 5

Bakı. Trend:

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata
keçirilən növbəti əməliyyat nəticəsində avtobuslarda cibgirliklə
məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə
məhkum olunmuş Cəlil Səmədov tutularaq istintaqa təqdim edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılan
araşdırmalar zamanı Cəlil Səmədovun paytaxtın Nizami, Sabunçu və
Binəqədi rayonlarında müxtəlif marşrutlarla hərəkət edən
avtobuslarda qadınların çantalarından mobil telefonlar oğurladığı
müəyyən edilib. Onun həmçinin ticarət mərkəzlərində insanların
sıxlığı müşahidə edilən yerlərdə də cibgirliklə məşğul olduğu məlum
olub.

Qeyd edək ki, saxlanılan şəxsin avtobuslarda törətdiyi
hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin
məkanlardan yayınması müşahidə kameraları vasitəsi ilə lentə
alınıb. Cəlil Səmədovun paytaxt ərazisində hələlik 7 nəfərə qarşı
cibgirlik etdiyi subuta yetirilib.

Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər
etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa
vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi
səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və “102” Xidməti Zəng
Mərkəzinə məlumat verə bilərlər.

Leave A Reply

Your email address will not be published.