Bakıda “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib

0 3

Bakı. Trend:

İyunun 16-da Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq
Ordu Oyunları — 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi
sularında təşkil olunacaq “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin
planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyindən Trend
verilən məlumata görə, Azərbaycan, Rusiya, Qazaxıstan və İran
nümayəndə heyətlərinin iştirak etdiyi konfransda “Dəniz kuboku»
müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə
olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə
baxış keçirilib.

Qeyd edək ki, «Dəniz kuboku» müsabiqəsinin cari ilin avqust
ayında keçirilməsi planlaşdırılır.

Leave A Reply

Your email address will not be published.