Bakıda hazırda tıxac olan ərazilər açıqlandı

0 3

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə
Mərkəzi paytaxt yollarında hazırki vəziyyəti açıqlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hazırda paytaxtın Ziya
Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən
başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar yol da
daxil olmaqla, Çermet yol ötürücüsünün üzərinə qədər — əsas yolda,
20 Yanvar dairəsi istiqamətində və Bakı Olimpiya stadionunun
qarşısı, Koroğlu metro stansiyası istiqamətində, Abbasqulu ağa
Bakıxanov küçəsinin Cəfər Cabbarlı küçəsi ilə kəsişməsindən,
Mərdanov qardaşları küçəsi ilə kəsişməsinə qədər olan hissəsində,
Türkiyə səfirliyi istiqamətində, 28 May küçəsinin Azadlıq prospekti
ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan
hissəsində, Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün
üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət
Evi istiqamətində sıxlıq müşahidə olunur.

Həmçinin hazırda Bülbül prospektinin, Lev Tolstoy küçəsi ilə
kəsişməsindən, Sahil metro stansiyasının qarşısı da daxil olmaqla,
Zərifə Əliyeva küçəsi ilə kəsişmə olan hissəsinə qədər, Xaqani
küçəsində, Bülbül prospekti ilə kəsişmədən, Rəşid Behbudov küçəsi
ilə kəsişməyə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsinin
Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova
küçəsi istiqamətində, Mikayıl Müşfiq küçəsində Badamdar
dairəsindən, eyni zamanda Qurd qapısı istiqamətindən, Mikayıl
Müşfiq dairəsi istiqamətinə doğru istiqamətlənərək, Parlament
prospekti ilə kəsişməni keçərək, Nəriman Nərimanov heykəlinin
qarşısı da daxil olmaqla, Mehdi Hüseyn küçəsi ilə kəsişməyə qədər,
Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən, Əhməd
bəy Ağaoğlu küçəsi ilə kəsişməsinə qədər, Təhsil Nazirliyinin yanı,
eyni zamanda Heydər Əliyev prospekti istiqamətində, Təhsil
Muzeyinin qarşısı daxil olmaqla, Əbdüləzəl Dəmirçizadə küçəsinin
Əliəşrəf Əlizadə küçəsi ilə kəsişməsindən, Xətai prospekti ilə
kəsişməsinə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsinin,
1 saylı Bakı «ASAN xidmət» mərkəzinin qarşısı da daxil olmaqla,
Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi
ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi
istiqamətində də sıxlıq müşahidə olunur.

Leave A Reply

Your email address will not be published.