Bakıda «Partners & Business» yerli şirkətlərin tanıtım sərgi-konfransı işə başlayıb (FOTO)

0 2

Bakı. Trend:

İyunun 16-da “Baku Crystal Hall”da «Partners and Business» Baku
2022 — yerli şirkətlərin tanıtım sərgi-konfransı öz işinə
başlayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, KOBİA,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası və «Marsol» MMC-nin birgə
təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə təşkil olunmuş
sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat,
logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə
yaxın yerli şirkətin məhsul və xidmətləri təqdim olunur.

Sərginin məqsədi Azərbaycan şirkətlərinin daha geniş
tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli
şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və
yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Sərgi çərçivəsində dövlət qurumlarının və sahibkarların iştirakı
ilə konfrans keçirilir. Tədbirdəm iqtisadiyyat nazirinin müavini
Niyazi Səfərov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov,
Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Azərbaycan
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
vitse-prezidenti Vüqar Zeynalov, İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin sədri
Məmməd Abbasbəyli, “Marsol” MMC-nin sədri Tural Mustafayev və özəl
sektorun təmsilçiləri çıxış ediblər.

Konfrans öz işini “Əmək münasibətləri və məşğulluq altsistemi” —
ƏMAS platformasının təqdimatına dair panellə davam etdirib. Növbəti
günlər konfrans çərçivəsində “Dövlətin sahibkarlığın inkişafında
mövcud dəstəkləri və perespektivlər”, “Sahibkarların maliyyə
kanallarına çıxış imkanları” və “Regionlarda xüsusilə işğaldan azad
edilmiş ərazilərdə sahibkarlıq və investisiya perespektivləri”
mövzularında panel müzakirələr keçiriləcəkdir.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. İştirak etmək üçün
əvvəlcədən partners.az saytına daxil olaraq və ya sərgi günü
məkanda qeydiyyatdan keçə bilərsiniz. Sərgi ilə bağlı ətraflı
məlumat və qeydiyyat üçün: www.partners.az

Sərgi-konfrans iyunun 18-dək davam edəcək. Sərgi hər gün
10.00-dan 18.00-dək ziyarətçilər üçün açıq olacaqdır.

Leave A Reply

Your email address will not be published.