Bakıda “Publisistika və köşə yazarlığı” mövzusunda seminar keçirilib

0 8

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə “Publisistika və köşə yazarlığı” mövzusunda seminar keçirilib.

MEDİA-dan AZƏRTAC-a bildiriblər ki, 20-dən çox çap və onlayn media subyekti nümayəndələrinin iştirak etdikləri seminarda Medianın İnkişafı Agentliyi, Bakı Dövlət Universiteti və ADA Universitetinin mütəxəssisləri “Azərbaycan ədəbi dilinin publisistik üslubu. Bədii publisistikanın janrları. Köşə yazarlığı təcrübəsi: köşə yoxsa kolumnistika?”, “Azərbaycan publisistikasında qadın hüquqları uğrunda mübarizə və gender bərabərliyi məsələləri: Hacıbəyli qardaşları və Əhməd bəy Ağaoğlu imzası”, “Yeni mediaya konvergensiya şəraitində bədii publisistika, redaktə və hipermətn”, “Qərb jurnalistikasında publisistik yazının strukturu, şərh vermənin etik qaydaları” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

AZERTAG.AZ :Bakıda “Publisistika və köşə yazarlığı” mövzusunda seminar keçirilib

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.