Baş Prokuroluğun əməkdaşları beynəlxalq seminarda iştirak edib (FOTO)

0 3

Bakı. Trend:

13-15 iyun tarixlərində Moskva şəhərində «Rusiya Federasiyasının
Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu
arasında 2021-2023-cü illər üzrə Əməkdaşlıq Proqramı»nın 2-ci
bəndinin icrası ilə əlaqədar «Prokurorluq orqanlarının
fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi.
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə
törədilən cinayətlərə, habelə İnternetdə qadağan olunmuş
məlumatların, o cümlədən ekstremist və terror xarakterli
məlumatların yayılmasına qarşı mübarizə» adlı seminar
keçirilib.

Trend-in məlumatına görə, seminarda Baş Prokurorluğunun
Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi
Murad Dadaşov, Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd
xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış
fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru
Ramil Ədilov, Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və
risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova
və Daxili işlər orqanlarının istintaq, təhqiqat və
əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət
idarəsinin prokuroru Elvar Həsənovdan ibarət nümayəndə heyəti
iştirak etmişdir.

Seminar zamanı informasiya-kommunikasiya texnologiyalarından
istifadə etməklə törədilən cinayətlər, qadağan olunmuş, ekstremist
və terror xarakterli məlumatların yayılmasına qarşı mübarizə və
digər mövzular ətrafında müzakirələr aparılmış, bu sahədə milli
qanunvericilik barədə ətraflı məlumat verilmişdir. Bunlarla yanaşı
təlim iştirakçıları arasında faydalı təcrübə mübadiləsi
aparılmışdır.

Leave A Reply

Your email address will not be published.