Biləcəri qəsəbəsində küçə təmir olunur (FOTO/VİDEO)

0 7

Bakı. Trend:

Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə 4.4 km küçə
və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə qəsəbənin
Xudat bəy Məlikaslanov küçəsinin 5 və 7-ci döngələri təmir
olunur.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, hazırda
işlər küçənin 5-ci döngəsi üzrə aparılır.

Uzunluğu 700, eni ortalama 7.5 metr təşkil edən sözügedən yol
torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu,
hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə
yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq
yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.

Artıq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.

Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan
yenidənqurma və bərpa işləri daha sonra Xudat bəy Məlikaslanov
küçəsinin uzunluğu 500 metr olan 7-ci döngəsində icra olunacaq.

Cari ildə Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.6 km təşkil
edən küçə və yolun təmiri nəzərdə tutulur.

Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə adıçəkilən
rayonda 15.4 km uzunluğa malik küçə təmir edilib.

Leave A Reply

Your email address will not be published.