Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının növbəti iclası keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 6-11-ci sinif dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi üzrə yekun müzakirə aparılıb. Qeyd edilmiş təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
“Qiymətləndirmə kitabçaları” nəşr üçün redaksiyaya təqdim edilib.
AZERTAG.AZ :Biologiya və tarix fənləri üzrə “Qiymətləndirmə kitabçaları”nın təkmilləşdirilməsi üzrə yekun müzakirə aparılıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin