Boris Conson Azərbaycanın azad olunmuş ərazilərindəki mina problemindən danışdı

0 5

Bakı. Trend:

Münaqişə sonrası çirklənmə maneə olaraq qalır. Mina və digər
silahlar bu bölgəni çirkləndirib.

Trend xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Baş naziri Boris Conson iyunun 16-da
Prezident İlham Əliyevə ünvanladığı məktubda bildirib.

“2020-ci ildə işğaldan azad etdiyiniz qərb regionlarınızın
bərpası sözsüz ki, xalqınız üçün ən önəmli hədəfdir. Bu regionların
mədəniyyət, ekoloji texnologiyalar və innovasiyalar üçün yeni
mərkəzə çevrilməsi fürsətləri var. Lakin münaqişə sonrası çirklənmə
maneə olaraq qalır. Mina və digər silahlar bu bölgəni çirkləndirib.
Mən şadam ki, britaniyalı minatəmizləmə mütəxəssisləri və
şirkətləri azərbaycanlı həmkarları ilə bərabər bu təhlükəni aradan
qaldırmaq üçün birgə çalışırlar. Bu, barışıq və həmin torpaqların
uğurla məskunlaşdırılması istiqamətində böyük addım olardı və
Azərbaycanın yeni minalar basdırmamaq öhdəliyi götürməsi və piyada
əleyhinə minaların qadağan edilməsi müqaviləsini imzalamasında
regional liderliyini göstərərdi”, – deyə məktubda qeyd olunub.

Leave A Reply

Your email address will not be published.