Böyük Britaniyanın müdafiə naziri Türkiyəyə səfər edəcək

0 10

Bakı. Trend:

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Türkiyəyə səfər
edəcək.

Trend-in
“Euronews”a istinadən verdiyi məlumata görə, səfər zamanı nazir
Suriya, İsveç və Finlandiyanın NATO-ya müraciətləri, həmçinin
Ukraynadan taxıl ixracı məsələlərini müzakirə etməyi
planlaşdırır.

Nazirin sözlərinə görə, Böyük Britaniya Türkiyəni Odessa limanı
vasitəsilə dəniz yolu ilə taxıl ixracı ilə bağlı istənilən
razılaşmanın mümkün zamini hesab edir.

İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Uolles
Türkiyənin narahatlığını dinləmənin “vacib” olduğunu bildirib.

Leave A Reply

Your email address will not be published.