Bakı. Trend:
Ukraynadakı vəziyyətə baxmayaraq Azərbaycan bankları hazırda
fəal şəkildə hesablaşmaları davam etdirir və onların reallaşmasında
ləngimələr yoxdur.
Trend-in məlumatına görə, bunu Azərbaycan
Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan bankları müştəriləri üçün lazım
olan hesablaşmaları vaxtlı-vaxtında yerinə yetirir.
Kredit faizlərindən danışarkən, Z.Nuriyev vurğulayıb ki, bu il
faizlərin azaldılması gözlənilir.
(Tərcümə: Orxan Nəbiyev)