Bullinqə qarşı mübarizə istiqamətində yeni layihəyə start verilir

0 6

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Stop or Stop it” layihəsinə start verilir.

“İrəli” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində qeydiyyat və müsahibə mərhələsini uğurla başa vurmuş 25 nəfər gənc bullinqlə mübarizə, fizioqnomika, şəxsiyyət kimi formalaşma, “təlimçilər üçün təlim”, “nifrət nitqinə yox” və digər mövzularda müxtəlif təlim sessiyalarına qatılacaqlar.

Həmçinin bildirilib ki, layihənin növbəti mərhələlərində gənclər öyrəndikləri bilik və təcrübələri təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.

Bullinq mövzusunun aktuallığını nəzərə alaraq, layihənin həyata keçirilməsi nəticəsində gənclər bu sahədə öz üzərində işləyərək təlimçi kimi formalaşacaq.

“Stop or Stop it” layihəsinin əsas məqsədi Azərbaycanda gənclər arasında bullinqlə mübarizəni gücləndirmək, onun fəsadları haqqında maarifləndirmə aparmaq və gənclərdə özünəinam, şəxsiyyət hissinin formalaşmasına yardımçı olmaqdır.

Layihədə iştirak etmək istəyən 16-29 yaş arasında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər https://bit.ly/stoporstopit linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

 

 

 

AZERTAG.AZ :Bullinqə qarşı mübarizə istiqamətində yeni layihəyə start verilir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.