Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursantların buraxılış mərasimi keçirilib (FOTO)

0 3

Bakı. Trend:

İyunun 15-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski
adına Hərbi Liseyində 2022-ci il üzrə buraxılış mərasimi
keçirilib.

Trend-in məlumatına görə,
50-ci buraxılış mərasimi münasibətilə keçirilən tədbirdə Müdafiə
Nazirliyinin nümayəndələri, liseyin şəxsi heyəti, müəllimlər,
məzunlar, valideynlər, ictimaiyyət və KİV nümayəndələri iştirak
ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Hərbi orkestrin müşayiəti ilə şəxsi heyət Azərbaycanın Dövlət
Himnini ifa etdikdən sonra, liseyin Döyüş bayrağı təntənəli surətdə
meydana gətirilib.

Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən,
professor general-leytenant Heydər Piriyev çıxış edərək əlamətdar
gün münasibətilə müdafiə nazirinin, universitetin kollektivi və öz
adından məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar
arzulayıb.

Leave A Reply

Your email address will not be published.