Bakı. Trend:
Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının I
təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Trend-in məlumatına görə, «Qarabağ» bu raundda Polşanın «Lex»
komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları 5-6 iyulda,
cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək.