Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi Karen Donfridlə görüşüb (FOTO)

0 5

Bakı. Trend:

16 iyun 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi
Karen Donfrid ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə
Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif
məsələləri, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi
aparılıb.

Nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan
vəziyyət, o cümlədən post-münaqişə mərhələsində Azərbaycan
tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri, habelə
Azərbaycan hökumətinin bölgədə münasibətlərin normallaşması və
sülhün təmin edilməsi istiqamətində atdığı addımlar barədə
məlumatlandırıb.

Karen Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi
səylərini dəstəklədiyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular
müzakirə edilib.

Leave A Reply

Your email address will not be published.