Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşüb (FOTO)

0 3

Bakı. Trend:

16 iyun 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov
BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə
görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir
Ceyhun Bayramov 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana
səfər edən BMT rəsmisini salamlayıb və cari ilin, Azərbaycanın
BMT-də üzvlüyünün 30-cu ildönümünün tamam olması baxımından rəmzi
əhəmiyyət kəsb etdiyini qeyd edib. Nazir, ölkəmizin BMT və onun
ixtisaslaşmış institutları ilə əməkdaşlığa yüksək əhəmiyyət
verdiyini və istər Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində,
istərsə də fərdi qisimdə Azərbaycanın irəli sürüdüyü təşəbbüslərin
beynəlxalq sülh və inkişafa xidmət etdiyini vurğulayıb.

Tatyana Valovaya Azərbaycana növbəti dəfə səfərindən məmnunluq
ifadə edib. O, Azərbaycanın BMT-nin mühüm tərəfdaşı olduğunu
bildirib. BMT-nin Cenevrə bölməsinin baş direktoru Azərbaycanın
BMT-nin digər üzv ölkələrinə göstərdiyi yardımın təqdirəlayiq
olduğunu vurğulayıb. O, Azərbaycanın bölgədə Dayanıqlı İnkişaf
Məqsədlərinin icrası üzrə könüllü hesabatları təqdim edən yeganə
ölkə olduğunu qeyd edib.

Görüşdə tərəflər BMT gündəliyinin aktual mövzuları ətrafında
fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari
vəziyyət, o cümlədən Azərbaycan ərazilərinin 30 ilə yaxın davam
edən işğalının nəticələrinin aradan qaldırılması, ərazilərin
minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, habelə
Ermənistanla münasibətlərin normallaşması və bölgədə sülhün təmin
olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə
məlumat verib.

Leave A Reply

Your email address will not be published.