Çindən Orta Dəhliz vasitəsi ilə Avropaya göndərilən ilk blok qatar Bakıdan yola salınıb

0 6

Bakı. Trend:

Çinin əsas sənaye mərkəzlərindən olan Çendu şəhərindən “Orta
Dəhliz”dən keçməklə Avropaya göndərilən ilk blok qatar ötən gecə
Bakı Limanına çatıb.

Limandan Trend-ə verilən məlumata görə, iki dəniz aşaraq
Avropaya gedəcək qatar 49 konteynerdən ibarətdir. Qazaxıstanın
Aktau limanından Bakıya operatoru “ADY Konteyner” MMC olan “Beket
Ata” gəmisi ilə gətirilən konteynerlərin, Bakı Limanının peşəkar
komandası tərəfindən operativ şəkildə gəmidən boşaldılaraq
platformalara yüklənməsi əməliyyatı icra edilib. Son təyinat
nöqtəsi Avropanın müxtəlif şəhərləri olan bu 40 futluq
konteynerlər, platforma üzərində Gürcüstanın Batumi limanına yola
salınıb. Daha sonra isə konteynerlər fider gəmisi vasitəsilə Batumi
limanından Rumıniyanın Konstanta limanına, oradan isə qatarla
Avropanın müxtəlif şəhərlərinə göndəriləcək.

Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri
“KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and
Terminals”-in təşkilatçılığı çərçivəsində, “Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı” QSC ilə birgə əməkdaşlıq nəticəsində icra
edilir.
Xatırladaq ki, təkcə bu il ərzində Çinin müxtəlif istiqamətlərindən
Avropa şəhərlərinə göndərilən bir neçə blok qatarı Azərbaycandan
keçməklə Bakı Limanı vasitəsilə daşınıb. Limanın müasir texniki
imkanları və peşəkar kadrları sayəsində bu yüklərin operativ qayda
da qəbul edilməsi və yola salınması əməliyyatı icra edilir və bu da
yük sahibləri üçün Azərbaycandan keçən beynəlxalq nəqliyyat
dəhlizlərinin daha da cəlbedici olmasına böyük töhfə verir.

Xüsusi ilə də qlobal logistikada təchizat zəncirinin əsas
halqalarından hesab edilən konteyner daşımaçılığında hər il artım
qeydə alınır ki, bu rəqəmlər Bakı Limanının statistik
göstəricilərində də öz əksini tapır. Təkcə 2022-ci ilin ilk beş ayı
ərzində Bakı Limanı vasitəsi ilə TEU ekvivalentində 21 046 ədəd
konteyner aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə
22,1 % lik artım deməkdir. İlin sonuna kimi bu göstəricilərin artan
xətlə davam edəcəyi proqnozlaşdırılır.

Bununla yanaşı bu ilin ilk beş ayı ərzində Bakı Limanı vasitəsi
ilə quru yükün daşınmasında 23,7 % lik, vaqon daşınmasında 18,9 %
lik, təkərli texnikaların daşınmasında isə 15,9 % lik artım qeydə
alınıb. Hər il olduğu kimiv bu ilin sonunda da limanın illik yük
aşırma göstəricisinin müsbət olacağı proqnozlaşdırılır.

Leave A Reply

Your email address will not be published.