Dani Alves yenidən “Barselona”dan ayrılıb

0 3

Bakı. Trend:

Braziliyalı müdafiəçi Dani Alves “Barselona”dan ayrılır.
Kataloniyalılar iyunun 30-dək qüvvədə olan müqaviləni
yeniləməyəcək.

Trend-in
məlumatına görə, müdafiəçiyə Avropa klublarından bir neçə təklif
gəlib.

Futbolçu artıq sosial şəbəkələrdə azarkeşləri ilə vidalaşıb:

“Bu, kluba, bu rənglərə və bu evə həsr etdiyim 8 il idi… Amma
həyatda hər şey kimi illər keçir, yollar ayrılır, hekayələr yenidən
yazılır. Futbola qədər hələ çox illər keçdi və həyat mənə
vidalaşmaq üçün buraya qayıtmaq fürsəti verməyi qərara aldı.
Təşəkkür edirəm”.

Bundan əvvəl braziliyalı futbolçu 2008-2016-cı illərdə
“Barselona”da çıxış edib və klubla 23 kubok qazanıb.

Leave A Reply

Your email address will not be published.