Dörd ölkənin hərbçiləri Bakıda müzakirələr apardı

0 4

window._ttzi = 161;var script = document.createElement(«script»);script.src = «https://adviad.com/nativevideo/get_ads.js?=»+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları — 2022” yarışları çərçivəsində Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan, Rusiya, Qazaxıstan və İran nümayəndə heyətlərinin iştirak etdiyi konfransda “Dəniz kuboku” müsabiqəsinə hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Sonra müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.

Qeyd edək ki, “Dəniz kuboku” müsabiqəsinin cari ilin avqust ayında keçirilməsi planlaşdırılır.

Leave A Reply

Your email address will not be published.