DSMF-nin gəlir və xərclərində artım olub

0 3

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun
(DSMF) gəlirləri proqnozla müqayisədə 7 faiz və ya 159 mln. manat
çox olmaqla 2 mlrd. 300 mln. manat təşkil edib.

Nazirlikdən Trend-ə verilən
məlumata görə, fondun xərcləri isə ötən ilin müvafiq dövrünə
nisbətən 5 faiz və ya 108 mln. manat artaraq 2 mlrd. 179 mln. manat
olub.

DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası
davam edib: Yanvar-may aylarında bu daxilolmalarda 10 faiz və ya
157 mln. manat artım baş verib.

Leave A Reply

Your email address will not be published.