Dünya səyyahları işğaldan azad edilmiş Ağdam şəhərinə səfər ediblər (FOTO)

0 4

Bakı. Trend:

Dünya səyyahları işğaldan azad edilmiş Ağdam şəhərinə səfər
ediblər.

Trend-in Qarabağ bürosu xəbər verir ki, öncə qonaqlar İmarət
abidə kompleksində, daha sonra Ağdam Cümə Məscidi və Dram teatrında
olublar.

Səfər iştirakçıları erməni vandalizminə məruz qalmış Ağdam
şəhərinin xarabalıqları ilə tanış olublar. Onlara Ağdamda görülən
quruculuq işləri barədə geniş məlumat verilib.

Səfər başa çatdıqdan sonra qonaqlar Gəncəyə yola düşüblər.
Onların sabah işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarına
səfərləri planlaşdırılır.

Leave A Reply

Your email address will not be published.